AZ

Danimarkanın Qrenlandiya ilə bağlı ABŞ yə tabeçilik xətti qüsurludur Zaxarova

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qrenlandiya ətrafında yaranmış vəziyyətlə bağlı açıqlama verib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, o bildirib ki, Moskva bölgədəki prosesləri diqqətlə izləyir və bütün fikir ayrılıqları yalnız danışıqlar yolu ilə həll olunmalıdır.

Zaxarovanın sözlərinə görə, uzun illərdir Kopenhagenin ABŞ-yə şərtsiz tabeçilik xəttinin qüsurluluğu artıq açıq şəkildə görünür. O vurğulayıb ki, ABŞ-ın milli təhlükəsizlik strategiyası ilə bağlı son sənədlərdə Danimarka Krallığının bir hissəsinin Vaşinqtonun maraq dairəsinə daxil edilməsi bu reallığı bir daha təsdiqləyir.

Diplomat həmçinin Avropa İttifaqı və NATO üzvləri tərəfindən irəli sürülən “Rusiya təhlükəsi” barədə iddiaların xüsusilə ikimənalı səsləndiyini qeyd edib.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
46
redaktor.az

10Mənbələr