Hazırda Bakı Metropolitenində differensial tarif mexanizminə keçidlə bağlı təhlil və qiymətləndirmə işləri aparılır.Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq deyilib.Bildirilib ki, bu mərhələdə tarif differensiasiyasının zamana, yoxsa məsafəyə görə tətbiq olunacağı ilə bağlı yekun qərar qəbul edilməyibMetropolitenin məlumatına görə, əhalinin alıcılıq qabiliyyəti, sərnişindaşımanın əlçatanlığı, eləcə də metroda daşımaların maya dəyəri nəzərə alınmaqla daha ədalətli və iqtisadi cəhətdən balanslı tarif modelinin formalaşdırılması istiqamətində analitik işlər aparılır və müvafiq təkliflər hazırlanır.O da vurğulanıb ki, hazırda ictimai nəqliyyatda vahid tarif modeli tətbiq olunur. Təhlil mərhələsində hər hansı fiziki infrastruktur dəyişiklikləri nəzərdə tutulmur.“Araşdırmaların nəticələrindən asılı olaraq gələcəkdə zəruri dəyişikliklərin həyata keçirilməsi mümkün ola bilər və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək”, – deyə məlumatda vurğulanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


