AZ

Baş nazir səfərbərlik vəsiqəsi olan şəxslərlə bağı QƏRAR İMZALADI

Səfərbərlik vəsiqəsi olan şəxslərin müraciət etməli olduqları qurumlarla bağlı qaydalara dəyişiklik edilib.

Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq dəyişikliklə bağlı qərar imzalayıb.

Qərara əsasən, ümumi köçürmə hallarında, səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhali köçürüləcək.

Seçilən
66
5
publika.az

8Mənbələr