AZ

Şəhid İkraməddin Arazovun xatirəsi yad edildi FOTO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Qusar rayonunun Urva kəndində İkinci Qarabağ müharibəsi şəhidi Arazov İkraməddin Qüdrət oğlunun anım mərasimi keçirilib.Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, şəhidin məzarı ziyarət edilib, xatirəsi yad olunub.Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhidin ailəsi ilə əlaqə saxlayaraq, başsağlığı diləyib və ailənin qayğıları ilə maraqlanıb.

 

Qeyd edək ki, İkraməddin Qüdrət oğlu Arazov 2001-ci ilin sentyabrın 7-də Qusar rayonunun Urva kəndində  anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş İkraməddin Arazov 44 günlük Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşmış, oktyabrın 2-də Kəlbəcər istiqamətində, Murovdağ döyüşləri zamanı şəhid olmuşdur. 2021-ci il yanvarın 15-də Urva kəndində dəfn olunub..

Şəhid ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının  azad olunmasına görə” medalları ilə təltif edilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
bizim.media

6Mənbələr