GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ukrayna Prezident Administrasiyasının sabiq rəhbəri Andrey Yermak istefasından sonra da siyasi təsirini qoruyub saxlayır və prezident Volodimir Zelenski ilə qeyri-rəsmi formatda əlaqələrini davam etdirir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sabiq deputatı Spiridon Kilinkarov deyib.
Onun sözlərinə görə, Yermak Kiyevdə qalır və rəsmi vəzifədən getməsinə baxmayaraq, Zelenski ilə mütəmadi görüşür. Kilinkarov mövcud vəziyyəti “kölgə ofisi” kimi xarakterizə edib. O, sabiq Prezident Administrasiyası rəhbərinin təsirinin davam etdiyini bildirib.
“Yermak Kiyevdədir, Zelenski ilə görüşür və münasibətləri əvvəlki kimidir. Sadəcə bu, bir növ qeyri-rəsmi idarəçilikdir. Rəsmi olaraq administrasiyanı tərk etsə də, təsirini itirməyib. Zelenski Yermakın fikrinə dəyər verir,” — deyə Kilinkarov vurğulayıb.
O, həmçinin qeyd edib ki, hazırda Ukrayna siyasi sistemində kadr dəyişiklikləri gedir. Bir sıra təyinatların Yermakın Administrasiya rəhbəri olduğu dövrdə qəbul edilən qərarların nəticəsi olduğunu düşünürəm.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.