AZ

Oyundaşlarını arxada qoyur

Dominik Soboslai məhsuldar çıxışı ilə komanda yoldaşlarını kölgədə qoyur.

"Football-plus.az" xəbər verir ki, macar yarımmüdafiəçi uzaq məsafədən vurduğu qollarla “Liverpul”un ən yaxşı oyunçusu sayılır. Statistikaya əsasən, 25 yaşlı futbolçu son üç mövsüm ərzində cərimə meydançasının kənarından rəqib qapılarına 8 dəfə yol tapıb. Bu göstərici həmin dövr ərzində komandanın digər futbolçularının nəticəsindən iki dəfə çoxdu.

Dominik cari mövsümdə bütün turnirlərdə 28 matça çıxıb, komandaya 6 qol və 5 məhsuldar ötürmə ilə faydalı olub.

Seçilən
43
football-plus.az

1Mənbələr