AZ

Fransa Qrenlandiyaya əlavə hərbi qüvvələr və texnika göndərir

Fransa yaxın günlərdə Qrenlandiyaya hərbçi qrupundan əlavə, quru, hava və dəniz hərbi texnikası göndərəcək.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron İstr şəhərində hərbçilər qarşısında çıxışı zamanı bildirib.

Makron həmçinin 2026-2030-cu illər ərzində Fransanın müdafiə büdcəsinin 36 milyard avro artırılması zərurətini vurğulayıb, bunun 3,5 milyard avrosu 2026-cı il üçün artıq nəzərdə tutulub.

Bundan əvvəl 15 fransız hərbçinin artıq Qrenlandiyaya gəldiyi bildirilmişdi.

"Danimarkanın xahişi ilə qərara gəldim ki, Fransa Qrenlandiyada təşkil olunan birgə təlimlərə qatılacaq", - Makron "X" sosial şəbəkəsində yazıb.

Seçilən
98
1
missiya.az

10Mənbələr