AZ

Tramp Rza Pəhləvinin İranı idarə edə biləcəyinə şübhə ilə yanaşır

ABŞ Prezidenti Pəhləvi sülaləsinin ölkə daxilində dəstək qazana biləcəyinə əmin olmadığını bildirib...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın devrilmiş şahının oğlu Rza Pəhləvinin ölkəyə liderlik etmək qabiliyyətini açıq şəkildə sual altına alıb. Tramp bu barədə Reuters agentliyinə verdiyi müsahibədə danışıb.

ABŞ Prezidenti bildirib ki, Rza Pəhləvi şəxsi baxımdan “çox xoş və mülayim” təsir bağışlasa da, onun İran daxilində real siyasi dəstək toplaya biləcəyinə dair ciddi şübhələri var. Trampın sözlərinə görə, istənilən halda hakimiyyətə gedən yol daxili legitimlikdən və cəmiyyətin qəbulundan keçir.

“Onun çox xoş biri olduğu görünür, amma mən bilmirəm ki, o, öz ölkəsində necə hərəkət edəcək… Biz hələ bu mərhələyə gəlib çatmamışıq… Mən bilmirəm ki, onun ölkəsi onun liderliyini qəbul edəcəkmi. Əlbəttə, əgər qəbul etsə, bu, məni tam qane edər”, — deyə Donald Tramp vurğulayıb.

Müsahibədə ABŞ Prezidenti qeyd edib ki, Vaşinqton üçün əsas məsələ İranda gələcək siyasi proseslərin daxili dəstəyə söykənməsi və xalqın iradəsini əks etdirməsidir. Trampın fikrincə, xaricdən dəstək alan hər hansı siyasi fiqurun ölkə daxilində legitimliyi təmin olunmasa, uzunmüddətli hakimiyyət qurması çətin olacaq.

Qeyd edək ki, Rza Pəhləvi son dövrlər İran müxalifətinin mümkün simalarından biri kimi Qərb mediasında tez-tez gündəmə gətirilir. Lakin onun İran cəmiyyəti daxilində real nüfuzu və siyasi dayaqları məsələsi hələ də mübahisəli olaraq qalır.

Poliqon.info

Seçilən
72
poliqon.info

1Mənbələr