AZ

Yasamalda bina yandı − Video


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.
Seçilən
46
26
yeniavaz.com

10Mənbələr