AZ

Bakıda körpünün üzərindəki qəzada iki qadın xəsarət aldı

Bakıda taksi körpünün üzərində olan beton arakəsməyə çırpılıb, iki qadın xəsarət alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda körpünün üzərində ağır qəza olub, xəsarət alanlar var - VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Məlumata görə, bu gün saat 17:00 radələrində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb, dərhal əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd olunub ki, hadisə yerində xəsarət alan 2 qadın təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bizim.Media

Seçilən
132
4
bizim.media

5Mənbələr