AZ

Tramp mənim atamdır Türkiyəli qadından şok açıqlama VİDEO

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Necla Özmen adlı 55 yaşlı türkiyəli qadın ABŞ prezidenti Donald Trampın bioloji qızı ola biləcəyini iddia edir. O, bunu sübut etmək üçün DNT testinin aparılmasını tələb kimi irəli sürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Oddity Central” məlumat yayıb.

Özmenin sözlərinə görə, o, mümkün qohumluğu barədə 2017-ci ildə öyrənib. Həmin vaxt anası ona uşaq yaşlarında övladlığa götürüldüyünü deyib. İddialara əsasən, övladlığa götürən anası daha əvvəl uşağını itirib. Bundan sonra Sofiya adlı amerikalı qadın ailəyə müraciət edib və uşağı onlara verib. Eyni zamanda qızın Donald Trampla münasibətdən dünyaya gəldiyini bildirib.

Necla Özmen vurğulayıb ki, məqsədi qalmaqal yaratmaq deyil, yalnız həqiqəti öyrənməkdir. O, ABŞ prezidentinin könüllü şəkildə DNT nümunəsi təqdim edəcəyinə ümidvar olduğunu bildirib.

Qadın dolayı arqument kimi Donald Tramp və onun övladları ilə zahiri oxşarlığını göstərir. Bununla belə, o, mənşəyini təsdiqləyən birbaşa sübutlarının olmadığını da etiraf edib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
globalinfo.az

1Mənbələr