Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali SəviyyəliToplantısı BMT-nin Cenevrə Ofisi ilə tərəfdaşlıq çərçivəsindəİsveçrənin Cenevrə şəhərində öz işinə start verib. Toplantı“Çoxqütblü parçalanmalar və transformasiya dövründəmultilateralizmin yenidən formalaşdırılması” mövzusuna həsredilib.
Trend xəbər verir ki, bu barədə Nizami Gəncəvi BeynəlxalqMərkəzi məlumat yayıb.
Yüksək səviyyəli beynəlxalq platforma çərçivəsində qlobalidarəetmənin gələcəyi, çoxtərəfli institutların dəyişən dünyanizamına uyğunlaşdırılması, iqlim böhranı və dayanıqlı inkişaf,süni intellekt və texnoloji transformasiya, sülh və təhlükəsizlik,humanitar çağırışlar, miqrasiya və qlobal səhiyyə, inklüziviqtisadiyyatlar, qadınların liderlikdə rolu, eləcə də qlobal mənzilvə şəhərsalma problemləri üzrə geniş və əhatəli müzakirələraparılır.
Eyni zamanda, müzakirələr zamanı Nizami Gəncəvi BeynəlxalqMərkəzinin təşkilatçılığı ilə Bakıda keçiriləcək XIII Qlobal BakıForumunun hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib. Bununlayanaşı, 17-22 may tarixlərində Bakıda baş tutacaq BMT-nin ÜmumdünyaŞəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlıməsələlər də müzakirə edilib.
Toplantıda 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksəksəviyyəli beynəlxalq iştirakçı- sabiq dövlət və hökumət başçıları,BMT qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələrivə tanınmış ekspertlər iştirak edir. Açılış mərasimində BMT-ninCenevrə Ofisinin Baş direktoru Tatyana Valovaya, Ümumdünya TicarətTəşkilatının Baş direktoru Ngozi Okonjo-İweala, BMT-nin Ticarət vəİnkişaf üzrə Konfransının (UN Trade and Development) Baş katibiRebeka Qrinspan, Beynəlxalq Telekommunikasiya İttifaqının Başkatibi Dorin Boqdan-Martin, BMT-nin Məskunlaşma Proqramının(UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Ərəb Liqasınınsabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Əmr Musa,Serbiyanın sabiq Prezidenti Boris Tadiç, eləcə də AzərbaycanRespublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri,WUF13-ün milli koordinatoru Anar Quliyev iştirak ediblər. Eynizamanda, toplantının açılış mərasimi çərçivəsində Nizami GəncəviBeynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti VayraVike-Frayberqanın xüsusi müraciəti səsləndirilib.
Qeyd edək ki, Mərkəz ilə BMT-nin Cenevrə Ofisi arasında mövcudinstitusional əməkdaşlıq əsasında hər il keçirilən bu ali səviyyəlitoplantılar qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalqplatforma rolunu oynayır.