Azərbaycanda bu il əmək pensiyalarında artım 9 % ətrafında olacaq.
Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bildirib.
Sədr qeyd edib ki, ötən il Azərbaycanda pensiyaçıların sayı 1 milyon 98 min 651 nəfər, pensiya xərcləri isə 7.1 milyard manat olub.
Zəka Mirzəyev bildirib ki, ötən il Azərbaycanda 76 min aztəminatlı ailənin 335 mindən çox üzvünə ünvanlı sosial yardım ödənilib. Sədr ünvanlı sosial yardımın artım məbləği ilə bağlı da açıqlama verib.
O da bildirilib ki, ötən il Azərbaycanda ümumilikdə 198 min nəfərə proaktiv sosial ödəniş təyinatı aparılıb.
O, xüsusilə pensiyaçılar və tələbələr üçün ictimai nəqliyyatda gediş haqları ilə bağlı güzəştlərin olub-olmayacağı məsələsinə də toxunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.