AZ

Kamçatkada QAR ƏSARƏTİ: Evin qapısı damına qədər örtüldü, yaşlılar KÖMƏKSİZ QALDI – VİDEO

Kamçatkada evin qapısı damına qədər qarla örtülüb, yaşlılar köməksiz qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

iKamçatka yarımadasında güclü qar yağışı davam edir. Təbiət hadisəsi nəticəsində fərdi yaşayış evi demək olar ki, tamamilə qarın altında qalıb – giriş qapısı evin damına qədər qarla örtülüb.

Blokadaya düşmüş evdə təqaüdçülərin olduğu məlum olub.

Xilasedicilər yaşlı sakinlərin köməyinə çatıb və onları qar tələsindən xilas ediblər.

Əməkdaşlar qapının ağzını qazaraq təmizləyib və evdən həyətə çıxış yolu açıblar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr