AZ

“Halef”də qadınları alçaldan səhnələr cəzaya səbəb oldu

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) "NOW" kanalını cəzalandırıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kanala "Halef" serialına görə pul cəzasının ödənməsi tələb olunub.

Buna səbəb isə ekran işinin 11 və 18 dekabr tarixlərində yayımlanan bölümlərində çoxarvadlılığı normallaşdırılması və qadınları alçaldan elementlərin yer alması olub.

Qeyd edək ki, Türkiyənin Radio və Televiziya Şurası "Veliaht" serialına görə də "Show TV"ni cəzalandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
axsam.az

1Mənbələr