AZ

Uşaqlar üçün ekran yox, valideynlə oxuma daha faydalıdır » AzadMedia.az


Çin alimlərinin araşdırmasına görə, 3–6 yaşlı uşaqlarda ekran vaxtını valideynlə birgə oxuma ilə əvəz etmək onların dil və sosial-emosional bacarıqlarını artırır. Tədqiqatda 202 uşaq və onların valideynləri iştirak edib və valideynlər uşaqların ekran qarşısında keçirdiyi vaxtı, birgə oxuduqları və oynadıqları vaxtı qeyd ediblər.
Nəticələr göstərib ki, hətta gündə 15 dəqiqə ekran vaxtını oxuma ilə əvəz etmək uşaqların nitq bacarıqlarına və emosional inkişafına müsbət təsir göstərir. Alimlər hesab edirlər ki, bunun səbəbi valideynlə oxumanın dialoq, sual-cavab və emosiyaların müzakirəsi üçün şərait yaratmasıdır, ekran isə çox vaxt bu əlaqəni əvəz edir.
Tədqiqat Computers in Human Behavior (CHB) jurnalında dərc olunub.
Seçilən
165
1
azadmedia.az

2Mənbələr