AZ

“Abdin Fərzəliyevin vətəndaşları qəbul günləri” – Sadəcə adı var, görüş isə..

Qaydalar üzrə hər bir rayon icra başçısı həftənin müəyyən günlərində rayon vətəndaşları ilə görüş günü təyin etməli, onların problemlərini dinləməli və həlli istiqamətində addımlar atmalıdır. Bu, icra başçılarının qarşısında qoyulan əsas tələblərdən biridir.

Bizimesr.az-a daxil olan məlumata görə, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev uzun müddətdir vətəndaşlarla görüş keçirmir. Halbuki icra hakimiyyətinin rəsmi saytında icra başçısının vətəndaş qəbulu günləri göstərilib. Belə ki, rəsmi məlumata əsasən, hər həftənin cümə axşamı, saat 10:00-dan 13:00-dək vətəndaş qəbulu keçirilməlidir.

Abşeron sakinləri isə iddia edirlər ki, icra başçısı faktiki olaraq bu görüşləri keçirmir. Daha çox görüş tələb edən, qaçılması mümkün olmayan vətəndaşların şikayətləri icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Nurlan Həsənova yönləndirilir. Lakin onun da verdiyi vədlər əksər hallarda yerinə yetirilməir, bir növ vətəndaşı başından edir.

Zəruri qeyd: Ölkə mətbuatında Nurlan Həsənov başçının yaxın qohumu kimi təıqdim olunur. Başçının torpaq və əmlak satışı, tikintiyə icazə, o cümlədən bütün kommersiya fəaliyyətini tənzimləyən inanılmış adamıdır. Qeyd edilən fəaliyyətlərin qiymətinin müəyyənləşməsi və ödənişlərin qəbul edilməsi səlahiyyəti də bu şəxsə aiddir. Onların Naxçıvanda həm də qonşu kəndlərdən olduğu və uzun illərdir birgə çalışdıqları bildirilir. Həmçinin Nurlan Həsənovun geniş biznes imkanlarına malik olan bir şəxs olduğu da deyilir. Redaksiyaya daxil olan məlumatları dəqiqləşdirmək üçün kiçik araşdırma aparmalı olduq.

Bildiyimiz kimi, hər bir rayon icra hakimiyyətinin rəsmi saytında keçirilən görüşlər və tədbirlər barədə məlumatlar dərc olunmalıdır. Amma Abşeron rayon İcra hakimiyytətinin rəsmi saytına baxış zamanı müxtəlif tədbirlərlə bağlı xəbərlərin yer aldığı müşahidə olunsa da, vətəndaş qəbulları ilə bağlı hər hansı məlumat gözə dəymir. Ümumiyyətlə, 2026-cı ilə aid heç bir məlumat yoxdur.

Eyni zamanda “Google” axtarış sistemində də Abdin Fərzəliyevin vətəndaş qəbulu ilə bağlı məlumatlarına əsasən 2019-2022 və 2023-cü illərdə olan çox az sayda nəticə var. Bütün bunlar Abdin Fərzəliyevin qəbul günlərini keçirmədiyi və vətəndaşları şəxsən qəbul etmədiyi barədə iddiaları təsdiqləyir.  Bu isə ölkə rəhbərliyi səviyyəsində onun qarşısına qoyulmuş əsas öhdəliklərdən birinə əməl etmədiyini göstərən bariz nümunədir.

Ümumiyyətlə, Abdin Fərzəliyev Abşeron rayonuna icra başçısı təyin olunandan sonra fəaliyyəti nəzərəçarpacaq dərəcədə azalıb. Bunun fonunda isə ölkə mətbuatında Abşeronda qanunsuz tikintilər, yolların bərbad vəziyyətdə olması və rayonun iqtisadi göstəricilərinin zəifləməsi ilə bağlı məlumatlar daha çox yer almaqdadır. Təəssüflər olsun ki, icra başmısı Abdin Fərzəliyev bu iddialara heç bir rəsmi mövqe bildirmir. “Abdin Fərzəliyev qəbul günlərində vətəndaşlarla niyə görüşmür” sualı açıq qalır. Rayon İcra Hakimiyyətindən bu məsələ ilə bağlı suallara cavab almaq mümkün olmayıb.

Qeyd edək ki, zaman-zaman ölkə mətbuatında Abdin Fərzəliyevin bütün karyerasının Ramiz Mehdiyev və Əli Həsənovun protejesində keçirməsi barədə məlumatlar verilib.

Seçilən
101
editor.az

1Mənbələr