Mayk Menyan yaxın vaxtlarda klubu ilə müqaviləni yeniləyə bilər.
"Football-plus.az" xəbər verir ki, “Milan”ın qapıçıya təklif etdiyi yeni sözləşmənin maliyyə detalları məlum olub.
İtaliya mətbatının məlumatına görə, rəhbərlik Menyanı Rafael Leao ilə yanaşı, komandanın ən çox maaş alan oyunçusu etməyə hazırdı. “Milan” fransalı qapıçıya klubun əməkhaqqı limiti çərçivəsində mümkün olan maksimum maaşı - 5 milyon avro təklif edib. Rəhbərlik həmçinin fransalı futbolçuya cəlbedici bonuslar ödəməyə hazırdı. Tərəflər yeni müqavilənin tezliklə imzalanması üçün nikbindilər.
Maykın hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi. O, bu mövsüm komanda ilə 18 oyunda iştirak edib və 8 dəfə qapısını toxunulmaz saxlayıb (“Cenoa” ilə cümə axşamı keçirilən oyun nəzərə alınmayıb – red.).
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta