Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Türkiyə Kubokunda ikinci turun oyunları çərçivəsində "Beşiktaş" və "Ankara Keçiörengücü" komandaları qarşılaşıblar.
Redaktor.az xəbər verir ki, C qrupunda baş tutan görüşdə İstanbul təmsilçisi qalib gəlib - 3:0.
Matçda qolları Temmi Abraham, Əl Bilal Ture və Kartal Kayra Yılmaz vurublar.
Bu nəticə ilə "Beşiktaş" qrupda xallarının sayını altıya çatdırıb. "Ankara Keçiörengücü" isə üç xalda qalıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.