Avropa İttifaqı yeni təhlükəsizlik strategiyası hazırlamağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen ötən gün Kiprdə keçirilən mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, işin ilkin mərhələsində yeni sənədə daxil edilə biləcək mövzuların siyahısını "sərt şəkildə məhdudlaşdırmaq" və ya genişləndirmək "yersiz" olardı. O qeyd edib ki , Avropa strategiyası təqdim edildikdən sonra Avropa Təhlükəsizlik Şurasının yaradılıb-yaradılmayacağı aydın olacaq.

"Strategiya hazırlanarkən məqsəd bütün bilikləri toplamaq, dünyada baş verən geostrateji və geosiyasi dəyişiklikləri və mövcud ehtiyacları sənədləşdirmək və onlara adekvat cavab verməkdir", - Avropa Komissiyasının rəhbəri vurğulayıb.