AZ

Polşa MİQ qırıcılarını Ukraynaya təhvil verəcək

Polşa Ukraynaya doqquz MiQ qırıcı təyyarəsi tədarük edəcək.

"Ölkə.az" xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski "TVP World"ə müsahibədə bildirib.

Zalevskinin sözlərinə görə, hökumət artıq bu məsələ ilə bağlı qərar qəbul edib.

Dekabr ayında ölkənin hərbi komandanlığı Polşanın Sovet dövründən qalma MiQ-lər müqabilində Ukraynada hazırlanmış pilotsuz uçuş aparatı texnologiyasını alacağı potensial razılaşma üzrə danışıqların aparıldığını açıqlayıb.

"Ukrayna Müdafiə Nazirliyindən cavab gözləyirik. Müzakirələr davam edir. Bunlar tamamilə texniki müzakirələrdir", Polşa müdafiə nazirinin müavini bildirib.

Zalevski bu prosesə Kiyevin razı olduğunu bildirib.

"İnanıram ki, ukraynalılar bu təklifi qəbul etmək qərarına gəliblər. Əlbəttə ki, həmişə olduğu kimi, bəzi texniki aspektlər var", - o qeyd edib. Zalevski ilkin çatdırılmanın ondan az təyyarədən ibarət olacağını bildirib.

Elvin

Ölkə.az

Seçilən
78
2
olke.az

3Mənbələr