AZ

A Seriyası: “Milan” ikinci pilləyə yüksəlib

Bakı, 16 yanvar, AZƏRTAC

İtaliya A Seriyasında XVI turdan təxirə salınmış bir oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Milan" səfərdə "Komo" ilə qarşılaşıb.

Gərgin və maraqlı keçən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qələbə sayəsində xallarını 43-ə yüksəldən "Milan" ikinci pilləyə yüksəlib.

Turnir cədvəlinə 46 xalla "İnter" başçılıq edir.

Seçilən
33
4
azertag.az

6Mənbələr