AZ

Erməni hücumçunun klubundan AÇIQLAMA - "Neftçi" ona görə təklif göndəribmi?

"Dinamo Minsk" "Neftçi"dən erməni əsilli futbolçusu Karen Vardanyan üçün təklif almayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə teleqraf-a Belarus təmsilçisindən məlumat verilib.

22 yaşlı hücumçu hazırda komandası ilə birgə yeni mövsümə hazırlaşır.

Belarus mətbuatında "Neftçi"nin Karen Vardanyanı heyətinə qatacağı barədə məlumatlar yayılıb.

Vardanyan 2025-ci il mövsümündə "Dinamo Minsk"in heyətinə iştirak etdiyi 34 oyunda 10 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, Belarus yığmasının da üzvüdür.

Seçilən
22
1
sportinfo.az

2Mənbələr