AZ

Ötən il ərzində "Abşeron" yatağında kondensat hasilatının həcmini açıqlanıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanın "Abşeron" yatağında kondensat hasilatı0,6 milyon ton təşkil edib.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən məlumatverib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə "Abşeron" yatağındakondensat hasilatı dəyişməyib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-dekabr ayları üzrə əməliyyatməlumatlarına görə, Azərbaycanda 27,7 milyon ton neft (qazkondensatı da daxil olmaqla) hasil edilib.

"Abşeron" yatağı Xəzər dənizində, Bakıdan təxminən 100 kmcənub-şərqdə və "Şahdəniz" yatağından 25 km şimal-şərqdəyerləşir.

Kondensat və qaz hasilatı JOCAP tərəfindən idarə olunan tək birdərin dəniz quyusundan istifadə edərək erkən istehsal layihəsiçərçivəsində 2023-cü ilin iyul ayından bəri davam edir.

Seçilən
56
az.trend.az

1Mənbələr