AZ

Yəmən hökuməti istefa verdi

Yəmən hökuməti istefa verib və xarici işlər naziri Şaya Möhsün əl-Zindani ölkənin yeni baş naziri təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə SABA xəbər agentliyi məluçat yayıb.

Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Aliminin imzaladığı fərmanda deyilir:

"Doktor Şaya Möhsün əl-Zindanini Nazirlər Şurasının sədri təyin edin və ona hökumət qurmaq tapşırığı verin".

Sənədə əsasən, mövcud kabinet yeni hökumət formalaşana qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

Seçilən
96
6
publika.az

10Mənbələr