AZ

Maçado Nobel Sülh Mükafatını Trampa təqdim edib

Vaşinqton, 16 yanvar, AZƏRTAC

Venesuela müxalifət lideri Mariya Korina Maçado Ağ Evdə keçirilən görüşdə Nobel Sülh Mükafatı medalını Prezident Donald Trampa təqdim edib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə müxalifət lideri görüş sonrası jurnalistlərə açıqlamasında deyib.

"İki yüz il əvvəl General Lafayet Simon Bolivara üzərində Corc Vaşinqtonun şəkli olan medal vermişdi. İki yüz il sonra Bolivar xalqı onun azadlığımıza olan unikal sadiqliyinin tanınması üçün Vaşinqtonun varisinə medalı, bu halda Nobel Sülh Mükafatı medalını geri verir”, - deyə Maçado əlavə edib.

O, Trampın medalı qəbul edib-etmədiyini deməyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
51
3
azertag.az

10Mənbələr