AZ

Tramp: Maçadonun Nobel Sülh Mükafatını təqdim etməsi hörmət əlamətidir  

ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun ona Nobel Sülh Mükafatını təqdim etməsini hörmət əlaməti kimi dəyərləndirib.

AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. O, Maçado ilə görüşməyin “böyük şərəf” olduğunu bildirərək onu “çox çətinliklərdən keçmiş əlamətdar bir qadın” adlandırıb.

Mariya Korina Maçado yanvarın 15-də baş tutan görüş zamanı Nobel Sülh Mükafatını Trampa təqdim etdiyini açıqlamışdı. “Fox News” isə ABŞ Prezidentinin mükafatı qəbul etdiyini xəbər verib. Nobel Komitəsi daha əvvəl mükafatla bağlı qərarın qəti olduğunu və onun ləğv edilə, bölünə və ya başqa şəxsə verilə bilməyəcəyini bəyan edib.

Qeyd edək ki, Nobel Komitəsi 2025-ci il oktyabrın 10-da Nobel Sülh Mükafatının Mariya Korina Maçadoya verildiyini elan edib.

Seçilən
32
3
azerbaijan-news.az

10Mənbələr