ain.az, Milli.az portalına istinadən məlumat yayır.
Evlərdə elektrik istehlakının yalnız aktiv istifadə olunan cihazlardan gəldiyi düşünülsə də,bu belə deyil.
Milli.Az xəbər verir ki, mütəxəssislər deyirlər ki, qoşulu qalan bəzi elektron cihazlar, hətta söndürülmüş kimi görünsələr də, enerji sərf etməyə davam edir.
Televizorlar, peyk qəbulediciləri, adapterlər, mikrodalğalı sobalar və modemlər bu gizli istehlakın əsas mənbələrindəndir. Bu kiçik görünən xərclər aylar sonra böyük məbləğdə işıq puluna gətirib çıxara bilər.
Mütəxəssislər vurğulayırlar ki, evdə olan istifadə etmədiyiniz əşyaları öncə söndürüb daha sonra isə tokdan ayırmaq lazımdır. Bu vərdiş həm enerjiyə qənaət, həm də təhlükəsizlik üçün vacibdir.
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.