AZ

Fövqəladə hallarda əhalinin köçürülməsinə bu qurumlar da cəlb ediləcək - Yeni qərar

“Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə”yə dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinin ikinci cümləsinə “onlar” sözündən sonra “hərbi qeydiyyatda olduğu” sözləri, “bölmələrinə” sözündən sonra isə “ Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilib.

Seçilən
22
9
sportinfo.az

10Mənbələr