AZ

Tramp Nobeli əlindən alan Maçado iləgörüşdü

Mariya Korina Maçado ilə ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə tarixi görüş baş tutub.

Redaktor.az xəbər verir ki, görüşdən öncə Maçado özünə məxsus Nobel mükafatını Amerika liderinə təhvil verməyə hazır olduğunu bəyan edib.

Müxalifət lideri bu addımını Trampın Venesuelada həyata keçirdiyi hərbi əməliyyatların “sülhə xidmət etməsi” ilə əsaslandırıb.

İki saatdan çox davam edən danışıqlardan sonra mətbuata açıqlama verən Maçado görüşün olduqca səmərəli keçdiyini bildirib.

O, ölkəsinin demokratik gələcəyi və azadlığı naminə Prezident Trampa tam güvəndiyini vurğulayıb:

“Venesuela xalqı üçün tarixi bir andır. Biz demokratik keçid prosesində ABŞ-nin sarsılmaz dəstəyinə inanırıq”.

Qeyd edək ki, Ağ Evdən ayrılan Maçadonun proqramı gərgindir. Onun növbəti saatlarda ABŞ senatorları və Konqres üzvləri ilə bir araya gələcəyi gözlənilir.

Seçilən
137
redaktor.az

1Mənbələr