Bu sözləri Xalq artisti Röya Ayxan "müsavat.com"a açıqlamasında deyib. Müğənni Xalq artisti Aygün Kazımova ilə barışığını reklam adlandıranlara cavab verib.
Röya bildirib ki, Aygün Kazımovanın mahnısını oxuyacaq:
"Heç piar deyil. Yaxşı ki, barışmışam. Həyatıma yenilik gəlib. Sevgimi, səhvimi deyə bilirəm. Problemim olanda da ona deyə bilirəm. Aygün xanımın mahnısını oxuyacağam. İki mahnıdan birini Zamiq Hüseynov oxudu. Biri mənə qaldı. Oxuyacağam, inşallah, ad gününə çatdıraram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31