Bakıda sıxlıq olan yollar açıqlandı - SİYAHI
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. 1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 3. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində; 4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 13. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.