AZ

"Çörək istehlakdan əvvəl dondurularsa..." -Maraqlı açıqlama

Çörəklə bağlı ən çox səslənən iradlardan biri onun tərkibində nişastanın olmasıdır.

Redaktor.az xəbər verir ki, bu haqda endokrinoloq həkim Alessiya Ronelt "Daily Mirror" nəşrinə danışıb.

Həkimin sözlərinə görə, bu maddə xüsusilə yaşlı insanlar üçün o qədər də faydalı sayılmır. Lakin çörək istehlakdan əvvəl dondurularsa, nişastanın quruluşu dəyişir və rezistent nişastaya çevrilir.

“Rezistent nişasta lifin xüsusi bir növüdür. O, daha yavaş həzm olunur, toxluq hissinin uzun müddət qalmasına kömək edir və qanda şəkərin kəskin artımını azaldır”, — deyə endokrinoloq izah edib.

Ronelt əlavə edib ki, onun tövsiyəsi təkcə çörəyə deyil, tərkibində nişasta olan bütün məhsullara aiddir. Məsələn, həkim istehlakdan əvvəl bişmiş kartofun və ya düyünün dondurulmasını tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Seçilən
155
1
redaktor.az

2Mənbələr