Beynəlxalq münasibətlər və siyasi elmlər üzrə tanınmış mütəxəssis, professor doktor Ülvi Kəsər bu gün MediaTürk TV-də yayımlanan “Net Baxış 360 Dərəcə” proqramının qonağı olacaq.
Proqramda İranda baş verən son hadisələr, bu proseslərin regional təhlükəsizliyə və Türk dünyasına mümkün təsirləri geniş şəkildə müzakirə olunacaq. Prof. Dr. Ülvi Kəsər mövcud vəziyyəti geosiyasi aspektdən dəyərləndirərək, son dəqiqə inkişafları və diqqətçəkən proqnozlarını tamaşaçılarla bölüşəcək.
Türkiyə və Şimali Kipr Türk Respublikasının önəmli tarixçilərindən biri, eyni zamanda beynəlxalq münasibətlər və siyasi elmlər üzrə ekspert olan Prof. Dr. Ülvi Kəsər, MediaTürk TV-nin gündəm yaradacaq suallarını da cavablandıracaq.
YouTube kanalı üzərindən canlı yayımlanacaq “Net Baxış 360 Dərəcə” proqramı bu gün saat 17:00-da izləyiciləri gözləyir.