AZ

Niyaməddin Musayev Qumralın ifası barədə: Ayıbdır, “cütləşmiş” pis sözdür - VİDEO

Qumral Musayevanın "Dünya sənin, dünya mənim" mahnısının yanlış ifa etməsi sərt tənqid edilib.

"Yeni Sabaha" qaynarinfo-ya istinadla xəbər verir ki, müğənni "Bir taleyin oyununda cütlənmiş zərik” ifadəsini "cütləşmiş zərik” kimi ifa edib.

İzləyicilər bu ifanı Niyaməddin Musayevə hörmətsizlik kimi qiymətləndirib.

Xalq artisti Niyaməddim Musayev Qumralın ifasından xəbərsiz olduğunu bildirib:

"Mahnı diskoteka ritmi üzərindədir. Amma baxır onu necə təqdim edirsən. Milli ruhun olması şərtdir. Gərək sözlər musiqidə özünü tapsın, oynamaqla məsələ bitmir.

Sözlərə gəlincə, ayıbdır. "Cütləşmiş" pis sözdür. Bu "cütlənmiş"dir, "cütləşmiş" başqa məna verir. Heyvanlar, quşlar cütləşir. O boyda Məmməd Arazın sözlərini dəyişmək olar?! Nə deyəsən, oxuyurlar da".

Niyaməddin Musayev izləyicilərin Qumral Musayevanın onun nəvəsi kimi təqdim edilməsinə də münasibət bildirib:

"Yalan deyirlər, ayıb olsun onu deyənlərə. Görürsünüz nədən istifadə edirlər? Bu mahnını dünyanın bütün ölkələrində oxuyurlar. Əcnəbilər də oxuyur. Əcnəbilər mahnını mən oxuduğum şəkildə oxuyur. Süni intelekt də mahnını oxuyur. Hətta orada belə mahnının sözləri dəyişməyib. Belə olmaz”.


Telegram kanalımız
Seçilən
109
11
yenisabah.az

10Mənbələr