AZ

"Qarabağ" üçün bir gündə iki sınaq

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Ağdam təmsilçisi bu gün Polşanın "Zaqlebye" klubu ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" Türkiyədəki ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub etmişdi.

Seçilən
51
1
publika.az

10Mənbələr