Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12.00-da başlayacaq.
Ağdam təmsilçisi bu günPolşa "Zaqlebye"si ilə də üz-üzə gələcək. Bu görüş isə 19.00-da start götürəcək.
Xatırladaq ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub etmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta