AZ

Bu gün Azərbaycan Basketbol Liqasında 13-cu tura start veriləcək - FOTO

Bu gün Azərbaycan Basketbol Liqasında 13-cu tura start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə bir oyun baş tutacaq.

B qrupunda yer alan “Naxçıvan” “Lənkəran”ın qonağı olacaq. Görüş Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da stat götürəcək.

Qonaqlar 21 xalla ikinci, meydan sahibləri 16 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, tura yanvarın 18-də yekun vurulacaq.

İdman.Biz
Seçilən
51
5
idman.biz

6Mənbələr