“Real” yay transfer pəncərəsində “Mançester Siti”nin hücumçusu Erlinq Halandı heyətinə qatmaq istəyir.
Msport.az xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres 25 yaşlı norveçli futbolçunun transferində şəxsən maraqlıdır.
Bildirilir ki, mümkün keçid bonuslar və futbolçunun maaşı da nəzərə alınmaqla “Real”a ümumilikdə 500 milyon avroya başa gələ bilər. Hazırda Halandın “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı hücumçunun bazar dəyərini 200 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Haland cari mövsümdə bütün turnirlərdə 29 oyuna çıxıb, 26 qol vurub və 4 məhsuldar ötürmə edib.