AZ

Nobel Komitəsi qərar verdi: Medal Trampa verilə bilər

Norveç Nobel Komitəsi ABŞ Prezidenti Donald Trampa Venesuela müxalifət lideri Mariya Korina Maçadonun Nobel Sülh Mükafatı medalını özündə saxlamağa icazə verib. 

Təşkilat bu barədə “X” sosial media platformasında məlumat verib.

“Cebheinfo.az” xəbər verir ki, bəyanatda deyilir: 

"Medal əldən-ələ keçə bilər, amma Nobel Sülh Mükafatı laureatı adı dəyişmir".

6 yanvarda Venesuela müxalifət lideri Mariya Korina Maçado ölkəyə edilən hücumlardan sonra ABŞ Prezidentinə 2025-ci ildə aldığı Nobel Sülh Mükafatını verməyə hazır olduğunu bildirib. 

O, mükafatı aldıqda onu Amerika liderinə həsr etdiyini, çünki o, buna layiq olduğunu düşündüyünü bildirib. Müxalifət lideri qeyd edib ki, 3 yanvarda Tramp çoxlarının qeyri-mümkün hesab etdiyi şeyə nail olub. 

15 yanvarda Tramp Maçado ilə Ağ Evdə görüşüb. Danışıqlardan sonra müxalifət lideri ABŞ Prezidentinə Nobel Sülh Mükafatı medalını təqdim etdiyini açıqlayıb. “Fox News”-un məlumatına görə, Amerika lideri onu qəbul edib.

Seçilən
108
3
cebheinfo.az

4Mənbələr