Əməkdar müəllim Qəzənfər Abbasov saxlanılmayıb.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Qəzənfər Abbasovla əlaqə saxladıq.
O, açıqlamasında on gün öncə İranda, Təbriz şəhərində olduğunu bildirib:
“Orada konsertlərimiz baş tutub. İrandan qayıdarkən hava limanında bir qədər gözlətdilər. Başqa heç bir problem olmadı. Hazırda Bakıdayam, tələbələrdən imtahan götürürəm”.
10:29
Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.
Metbuat.az manset.az-a istinadə xəbər verir ki, onun hansı səbəbdən saxlanıldığı məlum deyil.
Bu barədə məlumatı Q.Abbasov təsdiqləyib, lakin ətraflı məlumat verə bilməyib, daha sonra isə telefonu söndürülüb.