AZ

Bu regional təhsil idarəsində eksternat imtahan keçiriləcək

Bakı. Trend:

Quba-Xaçmaz Regional Təhsil İdarəsi əvvəlki illərdə ümumi təhsilmüəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsinibitirə bilməyən şəxslər üçün 31 yanvar 2026-cı il tarixdə eksternatqaydada imtahan təşkil edəcək.

Bu barədə Trend-ə təhsil idarəsindən məlumat verilib.

Bildirilib ki, eksternat qaydada aralıq imtahanlarındaQuba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyətgöstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakinümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyərəkmüraciət edərək qeydiyyatdan keçmiş şəxslər iştirak edəcəklər.

İmtahan Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tamorta ümumtəhsil məktəbində (Ünvan: Quba rayonu, Alekseyevka kəndi)keçiriləcək.

Qeyd edilib ki, imtahanın 11:00-da başlayır, imtahana gələcəkvətəndaşlar 09:30-dan gec olmayaraq imtahan keçiriləcək ünvandaolmalıdır. Şəxsiyyət vəsiqəsini özü ilə gətirməyən eksternlərimtahana buraxılmayacaq.

Aralıq imtahanda uğur qazanmış eksternlər ümumi orta və tam ortatəhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzitərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilənburaxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.

Qeydiyyat müddətində imtahanda iştirak üçün ümumi orta təhsilsənədi (IX) üzrə 152, tam orta təhsil sənədi (XI) üzrə 349 nəfər,ümumilikdə isə 501 nəfər ərizə ilə müraciət edib.

Məqalədə:
Seçilən
91
8
az.trend.az

10Mənbələr