Yanvarın 16-da Sosial Tədqiqatlar Mərkəzində, Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə“Tarixi Yurda Qayıdış” konfransı çərçivəsində QHT Agentliyinin maddi dəstəyi ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) tərəfindən “Əzəli yurd” layihəsi əsasında hazırlanan “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabının təqdimat mərasimi baş tutub.Metbuat.az xəbər verir ki, Kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin orta qrant müsabiqəsi çərçivəsində MİMTA Fondunun “Əzəli yurd” layihəsi əsasında hazırlanıb. Elmi tədqiqat əsərində Qərbi Azərbaycanda soydaşlarımızın tarixi dövrlərə görə məskunlaşması, İrəvan xanlığının yaranması, onun ictimai-siyasi vəziyyəti, mədəni mühiti, həyata keçirilən islahatlar, inzibati bölgü və idarəetmə quruluşu araşdırılır.Kitabda həmçinin birinci və ikinci Rusiya-İran müharibələri, Türkmənçay və Ədirnə sülh müqavilələrinin Qərbi Azərbaycanın demoqrafik və siyasi vəziyyətinə təsiri, ermənilərin Qərbi Azərbaycana köçürülməsi, erməni vilayətinin yaradılması və çar Rusiyası dövründə aparılan erməniləşdirmə siyasəti təhlil edilir. Azərbaycalıların deportasiyası, daşnak hakimiyyəti dövründə mədəni mühit və maddi-mədəni irsin mənimsənilməsi, toponimlərin dəyişdirilməsi kimi məsələlər də tədqiqatın diqqət mərkəzindədir.Müəllif tarixi sənədlər və arxiv materiallarına əsaslanaraq Qərbi Azərbaycanın qədim dövrdən müasir dövrə qədər olan etnik, siyasi və mədəni proseslərini təqdim edir, erməniləşdirmə siyasətinin köklərini elmi əsaslarla izah edir və azərbaycanlıların bölgədəki varlığını sənədlərlə təsdiqləyir. Kitab tarixi yaddaşın bərpası, milli kimliyin qorunması və gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və Qərbi Azərbaycan ideyasının elmi-ideoloji əsaslarını formalaşdıran dəyərli mənbədirTədbirdə dövlət qurumlarının rəsmiləri, QHT rəhbərləri, elm və ictimaiyyət nümayəndələri və media iştirakçıları yer alıblar.Tədbiri giriş sözü ilə açan MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov Əfqan Vəliyevə uğurlar arzulayaraq, “Əzəli yurd” layihəsinin ərsəyə gəlməsindən bəhs edib.Sonra Millət vəkili Ceyhun Məmmədov, kitabın müəllifi Əfqan Vəliyevin, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin,Bakı Avrasiya Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri filologiya üzrə elmlər doktoru, professorElmira Məmmədovanınçıxışları dinlənilib.Tədbir çərçivəsində Qərbi Azərbaycan İcması İrəvan şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisiTacir Qurbanovvə digərləri çıxış edərək MİMTA Fondu və Əfqan Vəliyevə təşəkkürlərini bildiriblər.Qeyd edək ki, oxucular “Qərbi Azərbaycan sənəd və mənbələrdə” kitabının elektron versiyasını internet resusrlarından əldə edə bilərlər.