Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Emil Ələkbərov Emil “Haojue HJ150-6” markalı motosikletlə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Əli Yasanovun idarə “Hyundai HD-65” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Leqal.info