AZ

Milli Qəhrəmanımızın dəfn mərasimi keçirilir

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin dəfn mərasimi keçirilir.

Axar.az xəbər verir ki, onun cənazəsi dəfn olunması üçün Hərbi Memorial Məzarlığına gətirilib.

Mərasimdə mərhumun yaxınları, dövlət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Şahin Tağıyev İsveçin Malmö şəhərində vəfat edib. Onun cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə ötən gün vətənə gətirilib.

Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.s

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
118
18
axar.az

10Mənbələr