AZ

Abutalıbov bu evdə yaşayır VİDEO

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb.

"AzPolitika" xəbər verir ki, "Musavat.com" Hacıbala Abutalıbovun evinin videosunu əldə edib.

Məlumata görə, keçmiş mer Gaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi villada yaşayır. Onun köçməsinə səbəb həyat yoldaşının məhz Ağçaydan olmasıdır.

Kənd sakinləri Musavat.com-un əməkdaşına bildiriblər ki, Hacıbala Abutalıbov kəndə köçəndən sonra orada işlər görüb, təmizliyə ciddi nəzarət edib və hər şeyin səliqəli olması üçün çalışıb. Onun ilin böyük hissəsini kənddə keçirdiyi deyilir.

Həmin görüntüləri təqdim edirik:

https://www.instagram.com/reel/DTiYbDziIxW/

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
azpolitika.info

2Mənbələr