Avtosfer saytına istinadən ain.az xəbər verir.
Özbəkistanda sərxoş sürücülərlə bağlı qanunvericilik ağırlaşdırılır.
Avtosfer.az xəbər verir ki, indi sərxoş halda avtomobil idarə edənlərin sürücülük hüququndan ömürlük məhrum olunması nəzərdə tutulur. Sürücülük hüququnu itirmiş şəxs yenidən sükan arxasında tutularsa, onun 3 il azadlıqdan məhrum edilməsi təklif edilir.
Bununla belə, ömürlük məhrum edilmişlərin sürücülük hüququnun bərpası üçün də imkan yaradılıb. Sadəcə olaraq, o, daha ağır imtahan verməlidir.
Vəsiqəsini bərpa etmək istəyən şəxs 50 nəzəri sualın azı 46-na düzgün cavab verməli olacaq.
Vüqar
Oxunub 52
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.