Dogru.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Meksikada 16 yanvar cümə günü zəlzələ qeydə alınıb.
Doğru.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların maqnitudası 5,6 olub. Zəlzələ Kintana-Ru əyalətinin Çetumal şəhərindən 317 kilometr cənubda baş verib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hazırda dağıntılar və tələfat barədə rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın Oreqon ştatının sahillərində də 6,0 bal gücündə zəlzələ qeydə alındığı bildirilmişdi.
DOĞRU.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.