AZ

Xocalı sakinləri Goranboyda qəzaya düşdü: 3 yaralı - FOTO

Goranboy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü, Xocalı rayon sakini 1998-ci il təvəllüdlü Fərid Əliyev, eləcə də maşında olan sərnişinlər - 1971-ci il təvəllüdlü Təranə Əliyeva və 1989-cu il təvəllüdlü Şəlalə Şadmanova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.

"Cebheinfo.az"

Seçilən
1
2
cebheinfo.az

3Mənbələr