AZ

İranın BMT nümayəndəsi: "İstənilən təcavüzə cavab veriləcək" | VİDEO

Busözləriİranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsinin müavini Qulamhüseyn Dərzi Təhlükəsizlik Şurasının iclasında dilə gətirib. O vurğulayıb ki, Tehran öz qanuni cavab hüququnu BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində qoruyur:

"Bu, hədələmə yox, hüquqi reallığın ifadəsidir. Bütün nəticələrə görə məsuliyyət qanunsuz hərəkətlərə yol verənlərin üzərinə düşəcək".


Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb.
London İrandakı səfirliyini bağlayıb

Britaniyada fəaliyyət göstərən farsdilli "Iran International" telekanalının öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, son günlərdə hökumət tərəfindən ən azı 12 min nəfər aksiya iştirakçısı qətlə yetirilib:"Bu, ölkənin müasir tarixində ən böyük qırğındır".

Firudin Həmidli
AzVision.az
Seçilən
82
1
azvision.az

2Mənbələr